Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sumqayıt24 bu haqda APA-ya istinadən xəbər verir.
Qəza şosenin paytaxt istiqamətində olan hissəsində qeydə alınıb. Belə ki, Ramil Əsədovun idarə etdiyi “Lexus” markalı avtomobil yolayrıcı betona çırpılıb. Nəticədə avtomobil yolun əks istiqamətinə aşıb. Məlumata görə, sürücü və sərnişin xəsarət alıb.
Fakt Baş Dövlət Yol Polis İdarəsində araşdırılır.