Bakı-Sumqayıt yolundakı qəzada 1 nəfər xəsarət alıb. Bu haqda 6 mart tarixində Sumqayıt24 Apa.az-a istinadən xəbər verir.
Hadisə magistral yolun Ceyranbatan ərazisindən keçən hissəsində qeydə alınıb. Pərvin Mənsiyevin idarə etdiyi “Mercedes” markalı, 90 DU 996 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb. Sürücü yüngül xəsarət alıb, avtomobilə ciddi ziyan dəyib.
Araşdırma aparılır.