Ötən gün Ceyranbatan qəsəbəsində baş vermiş qəzanın təfərrüatları açıqlanıb. Bu haqda bu gün, 26 aprel tarixində Sumqayıt24 Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Sumqayıt şəhər sakini N. Alməmmədlinin idarə etdiyi “Chevrolet” markalı avtomobil qarşıda gedən 2 moped ilə toqquşub. Nəticədə mopedlərdən birinin sürücüsü, Bakı şəhər sakini Rəşid Adıgözəlov yerindəcə dünyasını dəyişib, digəri, Xırdalan şəhər sakini V.Xəlilov isə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.