top
Bakı-Sumqayıt yolundakı avtobus zolağı nəyə təsir edib?
24 oktyabr 2023, 05:28
- +

Bakı-Sumqayıt yolundakı avtobus zolağı nəyə təsir edib?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) idarə heyətinin sədri Anar Rzayev Bakı-Sumqayıt yolundakı avtobus zolağı ilə bağlı sualları cavablandırıb. Sumqayıt24 bu haqda 24 oktyabr tarixində Report.az-a istinadən xəbər verir

Müsahibəni təqdim edirik.

- Anar müəllim, paytaxtda və şəhərətrafı ərazilərdə müşahidə edilən sıxlıq fonunda bu zolaqlar nə dərəcədə effektivdir?

- Avtobusla sərnişindaşıma şəhərdə mobilliyin təmin edilməsi baxımından fundamental əhəmiyyətə malikdir. Çünki sərnişin daşımalarının böyük hissəsi məhz avtobuslarla həyata keçirilir.

Avtobuslar üçün xüsusi zolaq ayırdıqda, yolun buraxılış qabiliyyəti dəfələrlə artır. Şəhər mobilliyində ictimai nəqliyyatla daşımaların prioritet olduğunu nəzərə alsaq, avtobus zolaqlarının nə qədər əhəmiyyətli olduğunu anlamaq olar.

İctimai nəqliyyat hərəkət cədvəlinə uyğun fəaliyyət göstərir, onun tıxacda qalması və ləngiməsi bütün xətt boyunca intervalların pozulmasına gətirib çıxarır. Məhz tıxac olan küçələrdə avtobusların üstünlüyünü təmin etmək lazımdır. Bu, küçənin daşınan əhali sayına görə buraxılış qabiliyyətini artırır. Xüsusi avtobus zolağı daha çox sərnişinin daşınmasına imkan yaradır.

 

- Avtobus zolaqlarının tətbiqindən sonra hansı müsbət nəticələr var?

- AYNA tərəfindən aparılan son təhlillər onu göstərir ki, Bakı-Sumqayıt yolunda zolağın təşkil edilməsindən sonra avtobusların son dayanacağa çatma müddəti 10 dəqiqə qısalıb. Avtobuslar arasındakı intervalın isə 5 dəqiqə təşkil etməsi gözlənilir. Bu hələ ilkin nəticələrdir. Zolağın təşkili ilə bağlı sərnişinlərin də rəyləri müsbətdir.

 

- Zolaqlara nəzarət necə həyata keçiriləcək?

- Avtobus zolağına şəxsi nəqliyyat vasitələrinin daxil olması qadağandır. Qaydanı pozan sürücülər 40 manat məbləğində cərimə də olunurlar.

Bakı-Sumqayıt yolundan gündəlik 140 minə qədər sərnişin istifadə edir. Hesab edirəm ki, zolağın tələblərinə riayət edilməsi cərimədən savayı, həm də bir sosial məsuliyyət və digərlərinə qarşı mədəniyyət nümunəsidir. Avtobus zolağına daxil olan şəxsi minik avtomobilləri onlarla avtobusun hərəkəti ilə yanaşı, minlərlə sərnişinin də vaxtında təyinat yerinə çatmasına maneə yaradır.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Divarları çatlayan, eyvanları çökən yataqxana – Sumqayıtdan şikayət

Bütün xəbərlər
Dünən, 17:17

Qazilərin maaşının 400 manatlıq hissəsi vergidən azaddır

Bütün xəbərlər
Dünən, 16:47

Sumqayıtda poliklinika 3,9 milyon manata əsaslı təmir olunacaq

Bütün xəbərlər
Dünən, 16:22

Magistratura və doktoranturanı bitirmiş zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq

Bütün xəbərlər
Dünən, 16:17

Sarayda içməli su israfı İDDİASI: "Bura heç vaxt təmir edilmir"

Bütün xəbərlər
Dünən, 15:47

Bakı-Sumqayıt qatarlarında REKORD - 52 min adam daşınıb

Bütün xəbərlər
Dünən, 15:17

Sumqayıtda yumurta qıtlığı - qiymətlər artacaq, yoxsa?...

Bütün xəbərlər
Dünən, 14:47

Sumqayıtda sabah 32 dərəcə isti olacaq

İdman
Dünən, 14:17

İki böyük şəhərin komandaları üz-üzə gələcək

Bütün xəbərlər
Dünən, 13:47

Sumqayıt yol qazıldı, hərəkət məhdudlaşdı

Bütün xəbərlər
Dünən, 13:17

Sumqayıtda dənizdən meyit tapıldı

Bütün xəbərlər
Dünən, 12:47

Prezident İlham Əliyev sumqayıtlı auditoru TƏLTİF EDİB

Bütün xəbərlər
Dünən, 12:29

Sumqayıt xəstəxanasında təyinat - Bu şəxslər rəhbər vəzifələrə gətirildi

Bütün xəbərlər
Dünən, 12:07

Ümumi təhsil müəssisələrinin tədris planları təsdiqlənib

Bütün xəbərlər
Dünən, 11:37

Sumqayıtda müəllim düzəltmək adı ilə 38 min manat aldı – 7 il həbs

İdman
Dünən, 11:00

Sumqayıtlı pəhləvan Azərbaycan Kubokunu qazandı

Bütün xəbərlər
Dünən, 10:26

Bu il Sumqayıtdan 266 min tona yaxın azot gübrəsi ixrac edilib

Bütün xəbərlər
Dünən, 09:56

Sumqayıt xəstəxanasında YENİ RƏHBƏR təyinatı

Bütün xəbərlər
Dünən, 09:07

Sumqayıtda iki maşın toqquşdu - ölən var

Bütün xəbərlər
15 sentyabr 2026, 18:30

Şəhidin yeganə övladı da məktəbli oldu

Bütün xəbərlər
15 sentyabr 2026, 18:05

"Buxar Sumqayıt"ın məşqçisi: "Oyunçu sayının azlığı Avropa Liqasındakı yeganə çətinlikdir"

Bütün xəbərlər
15 sentyabr 2026, 17:40

Sarayda "zebra" var, amma sürücülər piyadalara yol vermir

Bütün xəbərlər
15 sentyabr 2026, 17:28

Sumqayıt-Cəbrayıl marşrutu üzrə müsabiqənin qalibi açıqlandı

Bütün xəbərlər
15 sentyabr 2026, 17:05

Sumqayıtlıları çətin duruma salan su problemi - açıqlama

Oxşar xəbərlər