Sumqayıtda “Nağıllar bizə xeyirxahlıq öyrədir” adlı nağıl saatı keçirilib. Bu haqda bu gün, 18 aprel tarixində Sumqayıt Mərkəzi kitabxana sisteminə istinadən xəbər veririk.
Məlumata əsasən, görüş “Kids Mirror” tədris mərkəzində keçirilib. Tədbirdə uşaq yazarı Çinarə Köçərli iştirak edib. Yazıçı balaca fidanlara öz “Ramazan gündəliyim” adlı kitabını təqim edib. Köçəri nağıl saatı çərçivəsində kitabının mətnini oxuyub. Sonda müəllifin suallarını cavablandıran uşaqlara hədiyyə olaraq kitablar təqdim edilib.
Tədbir S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi tərəfindən təşkil edilib.