Sumqayıtlı gənc xanəndələri “Şuşanın dağları” adlı yaradıcılıq festival-müsabiqəsində uğurla iştirak ediblər. Bu haqda bu gün, 29 aprel tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
Məlumata əsasən, Nuray Şahsuvarlı və Ziya Mikayıllı müsabiqənin mahnı nominasiyası üzrə birinci yerə layiq görülüblər. Gənclər Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbinin 3-cü və 4-cü sinif şagirdləridir.
Şagirdləri festival-müsabiqəyə müəllimləri Əsgər İsmaylov və Cəmilə Əliyeva hazırlayıblar.