Azərbaycanda gələn il yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərində 3 min 662 nəfərin namizədliyi irəli sürülüb.
Report.az-ın məlumatına görə, bu barədə statistikanı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun dekabrın 13-də keçirilən iclasında açıqlayıb.
MSK sədrinin sözlərinə görə, bu günə olan rəqəmlərə əsasən, bələdiyyə seçkilərində 3 min 662 nəfərin namizədliyi irəli sürülüb.
O bildirib ki, artıq 1397 nəfərə imza vərəqləri verilib.