Sumqayıtda 70 yaşlı Şahbala Mirzəməmmədovun baltaladığı gəlini və nəvəsinin vəziyyətləri orta ağırdır. Sumqayıt24 bu haqda 2 mart tarixində Bizim.media-ya istinadən xəbər verir.
Məlumata görə, neyrocərrahiyyə şöbəsində müalicə alan 40 yaşlı Sevinc Məhərrəmovaya və 9 yaşlı övladına təpə nahiyəsinin açıq yarası diaqnozu qoyulub.
Qeyd edək ki, xəsarət yetirən şəxsin oğlu Ruslan Mirzəməmmədov Rusiyada işləyir. Kişi ifadəsində gəlininin oğluna xəyanət etdiyini bildirərək, bu addımı atdığını deyib.
Araşdırma aparılır.