“Azər Türk Bank” işçi axtarır. Sumqayıt24 bu haqda 28 fevral tarixində xəbər verir.
Sumqayıt KOB ofisi ilə Rəqəmsal Filialının Kiçik və Orta Biznes Kreditləri Şöbəsində Satış üzrə mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis vakansiyaları var.
Təsvir
- Bankın məhsullarını Sumqayıt bazarında müvafiq müştərilərə tanıtmaq;
- Sifarişləri təhlil edərək müzakirəyə təqdim etmək;
- Aylıq satış planlarının icrası;
- Kredit portfelinin qurulması və keyfiyyətli idarəsi;
- Sumqayıt regionu üzrə Kiçik və Orta Biznes subyektləri ilə əlaqələrin qurulmasını, bankın məhsul və xidmətlərinin səmərəli satışını, xidməti yüksək səviyyədə təmin etmək.
Tələblər
- Ali təhsil (maliyyə, iqtisadiyyat, bankçılıq və s. əlaqəli ixtisaslar);
- Bankda Mikrokreditlər və ya Kiçik və Orta Biznes kreditləri üzrə vəzifəyə uyğun 1-3 il iş təcrübəsi;
- Səlis Azərbaycan dili biliyi (xarici dil arzuolunandır);
- MS Office proqramlarından istifadə bacarığı;
- Analitik təhlil, biznes analizi və maliyyə hesabatlarının təhlilini aparma bacarığı;
- Müştərilərlə yüksək ünsiyyət qurmaq bacarığı;
- Təhlil və qərar vermə bacarıqları;
- Qeyri-standart vəziyyətlərdə stresə davamlılıq;
- Müxtəlif satış kanalları ilə işləmə bacarıqları;
- Komanda şəklində işləmə bacarığı;
- Öyrənmə və öyrətmə bacarıqları;
- Sumqayıt şəhəri üzrə iş fəaliyyəti göstərmək imkanı.
Ərizələrinizi martın 20-dək link vasitəsilə təqdim edə bilərsiniz.