Sumqayıt sakininin barmağında dəmir halqa qalıb. Bu haqda bu gün, 20 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər veririk.
Məlumata əsasən, sıxılmış halqanı barmaqdan çıxarmaq üçün FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb edilib. Xilasedicilər həkim nəzarəti altında halqanın müvafiq qaydada çıxarılmasına kömək ediblər.