Sumqayıt Baş Gömrük İdarəsində Xocalı soyqırımı ilə əlaqədar anım mərasimi keçirilib. Bu haqda bu gün, 26 fevral tarixində Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən xəbər veririk.
Çıxış edən idarənin rəisi Coşqun Əhmədzadə bildirib ki, XX əsrin ən dəhşətli qətliamlarından biri olan Xocalı soyqırımı ermənilər tərəfindən bütöv bəşəriyyətə qarşı törədilən qanlı cinayətdir.
Baş Gömrük İdarəsi rəisinin birinci müavini Sahib Axundov isə, Vətən müharibəsində qazanılan qələbə ilə Xocalı soyqırımı qurbanlarının qisasının alındığını vurğulayıb.