Sumqayıtda xarici ticarət iştirakçıları və gömrük təmsilçiləri ilə görüş keçirilib. Bu haqda 23 fevral tarixində Sumqayıt24 xəbər verir.
Baş Gömrük İdarəsində baş tutan tədbirdə 70-dək sahibkar və gömrük təmsilçisi iştirak ediblər. Onlara gömrük sistemində aparılan təkmilləşdirmə işləri, yeniliklər və innovativ layihələr barədə məlumat verilib. Gömrük əməkdaşları “Məcburi qərarlar” layihəsi barədə təqdimat nümayiş etdiriblər.
Həmçinin gömrük-biznes, gömrük-vətəndaş münasibətlərində məmnunluq səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə sahibkarlar, gömrük təmsilçiləri arasındakı anonim sorğunun nəticələri müzakirə olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb.