Sumqayıtda vətəndaş qəbulu keçiriləcək. Sumqayıt24 bu barədə 10 noyabr tarixində Baş Prokurorluğa istinadən xəbər verir.
Baş prokuror Kamran Əliyev noyabrın 22-də saat 10:00-da Sumqayıt şəhər və Qubadlı rayon sakinlərini qəbul edəcək. Görüş şəhər prokurorluğunun inzibati binasında təşkil olunacaq.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, (012) 361-14-07 nömrəli telefon və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə də qəbula yazıla bilərlər.