Sumqayıtda batareya udan körpə ölüb. Sumqayıt24 bu haqda 17 oktyabr tarixində Apa.az-a istinadən xəbər verir.
Xəbər verdiyimiz kimi, valideyn nəzarətindən kənarda qalan 1 yaşlı Məryəm Qədirova batareya udub. O, ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, uşaq bu gün səhər ölüb.
Araşdırma aparılır.