Sumqayıt Dövlət Dram Teatrının arxa hissəsində tullantılar yığılır. Bu haqda bu gün, 16 mart tarixində oxucular Sumqayıt24-ə məlumat verib.
Sözügedən ərazi Mehdi Hüseynzadə küçəsində yerləşir və “Bələdiyyə bağı” adlanır. Sakinlərin sözlərinə görə, burada olan parkda bu hal tez-tez müşahidə olunur.
“Parka gəlib rahat dincələ bilmirik. Bir tərəfdə zibil yığılır, o biri tərəfdən isə parkın baxımsız halı. Balaca uşaqlar, qocalar dağılmış pilləkənlərlə qalxıb-düşməkdə əziyyət çəkirlər”, - deyə sakinlər bildirib.