Sumqayıtda qanunsuz fəaliyyət göstərən heyvan satışı məntəqələri aşkarlanıb. Sumqayıt24 bu haqda 8 iyul tarixində xəbər verir.
Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva Qurban bayramı ilə bağlı brifinqdə çıxış edib. O bildirib ki, AQTA, DİN, Səhiyyə Nazirliyi və yerli icra orqanlarının nümayəndələri tərəfindən bayram öncəsi monitorinqlər həyata keçirilib. Nəticədə Sumqayıtda qanunsuz olara heyvan satışı ilə məşğul olan 2 məntəqə aşkarlanıb.