Sumqayıtda Zəfər Günü münasibətilə tibbi aksiya keçirilib. Sumqayıt24 bu barədə 7 noyabr tarixində Tibb Mərkəzinə istinadən xəbər verir.
3 nömrəli Ailə Sağlamlıq Mərkəzində baş tutan aksiyada həkim-terapevtlərin mütəmadi nəzarətində olan 70 şəhid ailəsi üzvləri və müharibə əlili iştirak ediblər. Burada ürək-damar xəstəliyi və pankreatit riski olan vətəndaşlarda qanda xolesterinin, triqliseridlərin təyini aparılıb.
Xeyriyyə aksiyası EGİS şirkətinin Azərbaycan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib.