Sumqayıtda şəhid və qazi ailələri ziyarət edilib. Bu barədə 2 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Bayram günlərində N. Nərimanov adına Mədəniyyət Mərkəzinin “Dostluq” Mədəniyyət evinin kollektivi Vətən müharibəsi şəhid və qazilərin ailə üzvlərinə baş çəkib. Görüş zamanı şəhidlər - Nurlan Nuruzadə, Tərlan Fətullayev, Qəzənfər Mütəllimov, həmçinin qazilər - Şəhriyar Babayev və Rakif Ağayevin keçdikləri şərəfli döyüş yolundan söhbət açılıb, ailəyə maddi və mənəvi dəstək olunub.