Sumqayıtda Novruz bayramı münasibətilə müəllimlərin konserti keçirilib. Sumqayıt24 bu haqda Səid Rüstəmov UİM Facebook səhifəsinə istinadən xəbər verir.
Konsert 3 nömrəli Uşaq İncəsənət Məktəbində baş tutub. Burada müvafiq Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bayram Cəfərli və şəhər Musiqi Kollecinin direktoru Səbinə Mehdiyeva iştirak ediblər.
Konsertdə müəllimlərdən ibarət xor kollektivinin ifasında Ramiz Mustafayevin "Gözəllik nəğməsi", fortepianoda Ramilə Rəhimovanın, Gülnar Hümbətovanın, Aytən Möhvalıyevanın, tarda İlqar Əzizlinin, saksafonda Rauf Məmmədovun, skripkada Səbinə Abduləzizovanın, akkordeonda isə Murad Feyziyevin ifasında musiqi nömrələri səslənib.
Sonra məktəbin xalq çalğı alətləri ansamblının müşayiəti ilə Gülzar Fərəcova, Rəsmiyyə Abbasova ,Həqiqət Ağayeva, Gülsurə Əsgərova və Zahir Adıyevin ifasinda mahnılar səslənib. Konsertin aparıcısı Nuranə Əhmədova isə Niyazinin "Arzu" mahnısını ifa edib.