Sumqayıtda məşhur supermarketdə yanğın baş verib. Bu barədə 16 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Hadisə dünən 30-cu məhəllədə fəaliyyət göstərən “Bazarstore”da qeydə alınıb. Obyektə bitişik, sahəsi 300 kv.m olan anbarın yanar konstruksiyaları və içərisindəki mallar 100 kv.m sahədə, ümumi sahəsi 1700 kv.m olan supermarketin yanar konstruksiyaları 15 kv.m sahədə və 20 p.m elektrik kabeli yanıb, yüksək temperaturdan tavanın bir hissəsi qarsalanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin iki texnikası cəlb edilib. Alovun qarşısı alınıb. Obyektin qalan hissəsi isə yanğından mühafizə olunub.