top
Belçika səfiri Sumqayıtı gəzib, Fərəcovla görüşüb
02 mart 2026, 16:00
- ↺ +

Belçika səfiri Sumqayıtı gəzib, Fərəcovla görüşüb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Julyen de Frepon ilə görüşüb.

Sumqayit24.az xəbər verir ki, Zakir Fərəcov qonağa Sumqayıtın yaranma tarixi, sənaye şəhəri kimi formalaşması, əhalinin məşğulluq səviyyəsi və burada görülən işlərdən danışıb. 

İcra başçısı vurğulayıb ki, Sumqayıtda xarici investorlar üçün əlverişli biznes mühiti formalaşdırılıb, sənaye zonalarında müxtəlif vergi və gömrük güzəştləri tətbiq olunur. Bu amillər beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi üçün real imkanlar yaradır. Şəhər rəhbəri Belçika şirkətlərinin Sumqayıtda həyata keçirilən layihələrdə iştirakının qarşılıqlı faydalı ola biləcəyini diqqətə çatdırıb.

Səfir Julyen de Frepon isə Sumqayıta rəsmi səfərindən məmnunluğunu ifadə edərək, şəhərdə müşahidə etdiyi dinamik inkişaf prosesini yüksək qiymətləndirib. Diplomat qeyd edib ki, Azərbaycan ilə Belçika arasında iqtisadi, ticarət, humanitar və mədəni sahələrdə möhkəm əlaqələr mövcuddur və bu münasibətlərin daha da dərinləşdirilməsi üçün geniş potensial var.

Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektiv istiqamətləri, xüsusilə sənaye, logistika, alternativ enerji və təhsil sahələrində mümkün birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər qarşılıqlı səfərlərin və işgüzar əlaqələrin intensivləşdirilməsinin vacibliyini vurğulayıblar.

Sumqayıta səfəri çərçivəsində səfir Julyen de Frepon Heydər Əliyev Mərkəzi, Şəhidlər Xiyabanı və bir sıra sənaye müəssisələrində də olub.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
Dünən, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Dünən, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Dünən, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Dünən, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Dünən, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Dünən, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Dünən, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Dünən, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Dünən, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Dünən, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Dünən, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
25 oktyabr 2026, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
25 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Oxşar xəbərlər