Sumqayıtda “Şəhid ana-atalar, həm də nənə-babalardır” adlı tədbir təşkil edilib. Bu haqda Sumqayıt şəhər Heydər Əliyev Mərkəzi məlumat yayıb.
Tədbir Beynəlxalq Nənə və Babalar Günü ilə əlaqədar təşkil olunub. Tədbirdə Anar Şükürov adına 25 nömrəli orta məktəbin şagirdləri şeirlər səsləndirib, “Kimyaçı” Mədəniyyət sarayının “Kimyaçı” özfəaliyyət ansamblının üzvləri musiqi nömrələri ifa ediblər.
Tədbir Heydər Əliyev Mərkəzinin, Səməd Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin birgə təşkilatçılığı və Anar Şükürov adına 25 nömrəli orta məktəbin şagirdlərinin iştirakı təşkil edilib.