top
“Bilsəm ki, mən ölsəm, onların övladları diriləcək, deyərəm, gəlin məni öldürün”
28 noyabr 2022, 23:25
- ↺ +

“Bilsəm ki, mən ölsəm, onların övladları diriləcək, deyərəm, gəlin məni öldürün”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

16 yaşlı cüdoçu Turan Rüstəmovu öldürən Sumqayıt sakini Ruslan Səfixanovun atası danışıb. Sumqayıt24 bu haqda 29 noyabr tarixində Globalinfo.az-a istinadən xəbər verir.

“Sosial şəbəkələrdə yazırlar ki, guya mənim pulum çoxdur, oğlumu həbsdən yayındıracağam. Bir qisim insan da yazır ki, həyatını itirən uşağın atası məhkəmə işçisidir, oğlumun ağır cəza almasına çalışacaq. Əvvəla, onun atası taksi sürücüsüdür, mən də quru maaşa işləyən bir məşqçiyəm. Məşqçinin aylıq maaşdan başqa hansı imkanları ola bilər?!”

Əməkdar məşqçi Elçin Səfixanov hadisə zamanı özünün orada olmadığını bildirib:

“Oğlum həmin vaxt ora özündən aşağı yaş qruplarının yarışını izləməyə gedib. Özü dekabr ayında güləşəcəkdi. Kolbasa alıblar ki, oturub bir tikə yesinlər. Doğramaq üçün bıçaq olmayıb və gedib yaxınlıqdan 3 manata bıçaq alıb gətiriblər. Yedikdən sonra tələsib ki, getsin özündən kiçik olan dostunun yarışını izləsin. Deyilənə görə, yol istəyib, qarşı tərəf narazılıq edib və nəticədə əlbəyaxa olublar. Sonu da belə… Vallah, övladım olduğu üçün demirəm, Ruslan belə uşaq deyildi”.

O, mərhum yeniyetmənin ailəsi ilə görüşə bilmədiyini deyib:

“Çox istəyərəm, o ailə ilə görüşüm, amma indi bu, mümkün deyil. Kaş belə olmazdı. Allah şahiddir, bilsəm ki, mən ölsəm, onların övladları diriləcək, deyərəm, gəlin məni öldürün, təki övladınız geri qayıtsın. Kaş mən ölərdim, bu günü görməzdim. Elə bilirəm ki, mənim də oğlum ölüb. Bu mənim ailəmdə ola biləcək bir hal deyildi.

Hər iki gəncin həyatı puç oldu. Mənim də bir valideyn kimi arzularım var idi: oğlum akademiyada təhsil alırdı, sevinirdim ki, gələcəkdə güc strukturunda işləyəcək, dövlətə, xalqa faydası toxunacaq. Bütün arzularımı ürəyimdə saxladı. Elə qarşı tərəfin də bütün arzuları puç oldu. Kaş mən ölərdim, amma bu məqamı görməzdim. Bu qismətlə nə razılaşıram, nə də barışıram. Belə olmalı deyildi. O biri ailə indi hansı vəziyyətdədir, Allah bilir. Bu elə bir dərddir ki, izahı yoxdur. Mənim də, ölən uşağın valideynlərinin də bütün həyatı bitdi. Allah heç kimə bala dərdi verməsin. Arzularını üzərində qurduğun övlad belə edirsə, necə rahat yaşamaq olar? O mənim sonbeşiyim idi. Mən onu zülmlə, alın tərimlə böyütmüşəm”.

Elçin Səfixanov onun ailəsini sosial şəbəkələrdə təhqir edənlərə səslənib:

“Bizi təhqir edib, haqqımızda hər sözü yazırlar. Xahiş edirəm ki, məni də, ailəmi də soruşub, araşdırın. Görün, bir insan bizim ailəmiz haqqında mənfi söz deyəcəkmi?! Ömür boyu ailəmə halal çörək yedirmişəm. Bu hadisə məni dərindən sarsıtdı, hələ də özümə gələ bilmirəm”.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:40

Sumqayıt avtobusunda insident: 503 nömrəli marşrutda tüstülənmə - İDDİA

İdman
Dünən, 18:15

"Sumqayıt"ın futbolçusu Azərbaycan millisinin heyətində

Bütün xəbərlər
Dünən, 17:50

Sumqayıtda sakinlər qaz problemi ilə üz-üzə

Bütün xəbərlər
Dünən, 17:12

Susuz qalan sumqayıtlılardan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:36

Sumqayıtın iki idmançısı Avstriyadan qələbə ilə qayıdır

Bütün xəbərlər
Dünən, 15:55

Sarayda sakinləri boğaza yığan problemlər...

İdman
Dünən, 15:07

"Milli komandada oynamaq mənim üçün böyük şərəfdir" - "Sumqayıt"ın futbolçusu

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıta sabah gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 13:20

Sumqayıtda gecə saatlarında əraziyə zibillər daşınır? - İDDİA

İdman
Dünən, 12:45

Sumqayıtlı idmançıdan Zəfər Günü uğuru - qızıl medal qazandı

Bütün xəbərlər
Dünən, 12:12

DYP sürücülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
Dünən, 11:23

Sumqayıtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Bütün xəbərlər
Dünən, 10:28

Sumqayıtda kişinin meyiti mənzilində tapıldı

Bütün xəbərlər
Dünən, 09:32

Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 09:10

Bakı-Sumqayıt yolunda ağır qəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin son günü - Ermənistan kapitulyasiya aktı imzaladı

Bütün xəbərlər
08 noyabr 2026, 12:33

Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
08 noyabr 2026, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

Bütün xəbərlər
07 noyabr 2026, 18:00

Sumqayıtda küləyin sürəti saniyədə 28 metrə çatacaq

Bütün xəbərlər
07 noyabr 2026, 17:18

Sumqayıtda sürücülər yolu zəbt edir, digərləri çətinlik çəkir

Bütün xəbərlər
07 noyabr 2026, 16:18

Sumqayıtda ev alan şəhid ailələri nə qədər qənaət edəcəklər?

Bütün xəbərlər
07 noyabr 2026, 15:18

Sumqayıtlılar səhəri "qazovka" ilə açdı…

Oxşar xəbərlər