Sumqayıtda obyektlərdə içməli sudan qeyri-qanuni istifadə halları qeydə alınıb. Bu haqda 31 yanvar tarixində Sumqayıt24 Azərtac-a istinadən xəbər verir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən keçirilən nəzarət tədbirləri çərçivəsində Sumqayıt şosesi, döngə 1 ünvanında yerləşən kafedə, ət kəsimi və meyvə-tərəvəz satışı obyektlərində qanunsuz çəkilmiş su xəttindən istifadənin qarşısı alınıb.
Qeyd edək ki, bu cür tədbirlər mütəmadi davam etdiriləcək.