Sumqayıtın bir qrup təhsil işçisi təltif olunub. Sumqayıt24 bu haqda sosial şəbəkələrə istinadən xəbər verir.
Müəllimlər - Mehri Məmmədova, Fatma Həsənova, Faidə Məmmədova, Hicran Manafova, Təranə Azadəliyeva, Məsudə Quliyeva və Aytən Şirzadova “Sağlam təhsil - Sağlam millət” layihəsində fəal iştirak ediblər. Bu səbəbdən pedaqoji blokun rəhbəri onları "Ustad müəllim" adlı Fəxri fərmana layiq görüb.
Qeyd edək ki, adları çəkilən müəllimlər 31 nömrəli məktəbin əməkdaşlarıdır.