Sumqayıtda “Məhkumların sosial adaptasiya və reabilitasiyası” mövzusunda məhkum qadınlarla görüş keçirilib. Bu haqda 26 sentyabr tarixində Sumqayıt24 Sosial Xidmətlər Agentliyinə istinadən məlumat verir.
Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Sosial Xidmətlər Agentliyinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məsul əməkdaşları, sosial işçilər və psixoloqlar, eləcə də şərti azadlığa buraxılmış qadın məhkumlar iştirak ediblər.
38 nəfər qadının ilkin qiymətləndirilməsi aparılıb və qiymətləndirməyə əsasən, onların cəmiyyətə psixo-sosial adaptasiyasına dəstək yönümlü fəaliyyətlərin yerinə yetirilməsi nəzərdə tutulur.