"Gəncə iş adamları" İctimai Birliyinin bir qrup nümayəndəsi Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olublar. Bu haqda bu gün, 19 may tarixində Trend-ə istinadən xəbər veririk.
Görüş zamanı qarşılıqlı əməkdaşlıq əlaqələrin yaradılması, birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib, iş adamları sənaye zonalarında mövcud imkanlardan yararlanmağa dəvət edilib.
Sonda biznes nümayəndələrini Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış ediblər.