Sumqayıtda ictimai maarifləndirmə tədbirləri həyata keçirilib. Bu haqda 21 fevral tarixində Sumqayıt24 xəbər verir.
Uşaq və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin qarşısının alınması məqsədilə bir sıra küçə və prospektlərdə “Erkən nikah valideyni cinayətkar edir!”, “Kiberzorakılığa son!”, “Narkotik - ölüm tələsidir! Narkomaniyaya yox deyək!”, “Uşaq əməyinə – yox! Xoşbəxt uşaqlığa – hə!” və “Uşaqlara qarşı zorakılıqla mübarizə aparaq! Qaynar xəttə zəng et! 116-111” mövzularında elektron posterlərdən ibarət hazırlanmış çarx xüsusi monitorlarda nümayiş etdirilib.
Layihə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dövlət Reklam Agentliyi ilə əməkdaşlıq çərçivəsində reallaşıb.