Sumqayıt şəhər birləşmiş (7-8-12-ci) məhəllənin sakinləri narkomanların burada yığışmasından narahatdırlar. Bu haqda 26 iyul tarixində Sumqayıt24-ə izləyicilərdən məlumat daxil olub.
Sakinlərin sözlərinə görə, onlar hər axşam sözügedən məhəllədə, “SOCAR”-ın arxa tərəfində, qarajların yaxınlığında toplaşırlar. Bir neçə şəxs yığışaraq narkotik vasitələrdən istifadə edir. Daha sonra onlar narkotik maddələrinin təsiri altında avtomobillərə əyləşərək ərazidən uzaqlaşırlar.
“Axşam saatlarında məhləyə çıxa bilmirik. Yerdə istifadə edilmiş şprislərə rast gəlmək olar”, - deyə sakinlər bildiriblər.