Novxanı qəsəbəsində yanğın baş verib. Sumqayıt24 bu haqda Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə zamanı, 70 kv.m sahəsi olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Əraziyə cəlb olunan FHN əməkdaşları tərəfindən alov söndürülüb. Yaxınlıqda yerləşən tikililər mühafizə olunub.