Sumqayıtda 100 kv.m sahəsi olan evdə yanğın baş verib. Sumqayıt24 bu haqda Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir.
Nəticədə, sözügedən birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları, əşyaları və dam örtüyünün taxta atmaları 9 kv.m sahədə yanıb.
Alov FHN əməkdaşları tərəfindən söndürülüb, evin qalan hissəsi mühafizə olunub.