Ceyranbatan qəsəbəsində yanğın baş verib. Bu haqda bu gün, 3 mart tarixində Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər veririk.
Hadisə ümumi sahəsi 44 kv.m olan birmərtəbəli evdə qeydə alınıb. Yanğın zamanı evin yanar konstruksiyaları və sahəsi 20 kv.m olan bitişik artırma tikili yanıb.
Əraziyə cəlb olunan FHN əməkdaşları alovu söndürüb, yaxınlıqdakı tikililəri mühafizə ediblər.