Corat qəsəbəsində birmərtəbəli evdə yanğın baş verib. Sumqayıt24 bu barədə 29 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 120 kv.m olan evin mətbəxində 1 ədəd paltaryuyan maşın yanıb. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.