top
Biznesmen oğlunun yandığı Gelandewagen banka necə girov qoyulub?
06 mart 2025, 06:25
- ↺ +

Biznesmen oğlunun yandığı "Gelandewagen" banka necə girov qoyulub?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda 12 il əvvəl yanan “Gelandewagen”i banka girov qoyaraq kredit götürən şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 1987-ci ildə Sumqayıt şəhərində anadan olan Elvin Məmmədovun (soyad şərti) Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, Elvin Məmmədov Üzeyir adlı tanışı ilə bərabər 2013-cü ildə qəza nəticəsində yanan, Telman Səfərova məxsus 10 HO 222 dövlət nömrə nişanlı "Mercedes Gelandewagen"i 10 min manata alıb. Elvin elə tanışı ilə cinayət əlaqəsinə girərək "Hollyvood-Cars" şirkətinə məxsus "Mercedes G63" markalı avtomobili bir neçə günlüyə icarəyə götürüblər. Nəticədə Elvin "Rent a Car"dan götürdüyü avtomobilin üzərinə yanan "Mercedes Gelandewagen"in nömrəsini yerləşdirib.

Onlar "Mercedes G63" markalı avtomobilin mühərrik nömrəsini sildirərək, Azərbaycanda bankların birinə girov qoymaqla 53.550 manat kredit götürüblər. Cinayət hadisəsi 2022-ci ildə olsa da, Elvin 2023-cü dekabr ayında Rusiyada tutularaq Azərbaycana ekstradisiya olunub.

O, məhkəmədə elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək deyib ki, onu sözügedən cinayətə avtomobil alqı-satqısı ilə məşğul olan Orxan və onunla bərabər təqsirləndirilərək, cəza verilən Üzeyir sövq ediblər. Təqsirləndirilən şəxs deyib ki, Orxan yanan "Gelandewagen"i alaraq onun adına rəsimləşdirib. Bundan sonra maşını girov qoymaqla krediti onun adına alıblar. Bütün bu işlərin müqabilində 2 min manat pul alıb. Hazırda bankdan götürülən pullar qaytarıldığı üçün azadlığa buraxılmasını məhkəmədən xahiş edib. Məhkəmənin qərarı ilə Elvin 5 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs məhkəmə zalından dərhal azad olunub.

Qeyd edək ki, 10 min manat müqabilində alınan 10 HO 222 dövlət nömrə nişanlı "Mercedes Gelandewagen" 2013-cü ilin iyun ayında qəzaya uğrayıb. Nəticədə avtomobildə olan Səfərova Lalə Telman qızı xəsarət alıb, qardaşı 17 yaşlı Səfərov (Hənifəyev) Teymur avtomobilinin alovlanması nəticəsində dünyasını dəyişib.

Elə həmin vaxt KİV-də yayılan məlumata görə, mərhum Teymurun atası Telman Səfərov biznesmendir və Bakıdakı şifer zavodlarından birinin rəhbəri olub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 39-cu günü: XRONİKA

İdman
Dünən, 18:51

Sumqayıtlı karateçi Avropa çempionu oldu

Bütün xəbərlər
Dünən, 18:35

STM-in direktor əvəzi: "Xilas etdiyimi əsgərin şəhid olması xəbərini eşitmək çox ağırdır"

Bütün xəbərlər
Dünən, 18:20

Sumqayıt məktəblilərindən olimpiadada yüksək nəticə

Bütün xəbərlər
Dünən, 17:58

Novxanılı milyonçu kabinetə müğənni çağırdı, oriental rəqs tələb etdi - TƏFƏRRÜAT

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtın sərnişin avtobusunda tüstülənmə - İDDİA

Bütün xəbərlər
Dünən, 17:39

Sumqayıtdakı kanalizasiya problemi ilə bağlı açıqlama

Bütün xəbərlər
Dünən, 17:20

Sumqayıtda yeni uşaq bağçası açılır – qəbul başladı

Bütün xəbərlər
Dünən, 16:56

Sumqayıtda daşan su kanalında problem həll edildi

Bütün xəbərlər
Dünən, 16:51

Rüfət Nasosnu "od püskürdü": "Bu özbaşınalığa son qoyulsun"

İdman
Dünən, 16:15

Sumqayıtdan Avropa zirvəsinə yüksələn pəhləvan – Murad Məmmədov

Bütün xəbərlər
Dünən, 15:40

Telefonlar da POS-terminal statusu alacaq

Bütün xəbərlər
Dünən, 15:05

Sumqayıtda sabah 23 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 14:24

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Bütün xəbərlər
Dünən, 14:11

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Bütün xəbərlər
Dünən, 14:00

Novxanıdakı "MİLYONLUQ SARAY"ın sahibi həbs edildi

İdman
Dünən, 12:55

"Sumqayıt" – "Şəfa" matçını bu qədər azarkeş izləyib

Bütün xəbərlər
Dünən, 12:28

Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıtlı şəhid anası vəfat etdi

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıt Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi

Bütün xəbərlər
Dünən, 11:15

Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə d*ydü

Bütün xəbərlər
Dünən, 10:50

24 yaşlı Sumqayıt sakini qəzada həlak oldu

Bütün xəbərlər
Dünən, 10:20

Sumqayıtda "Mənim hüququm nədir?" mövzusunda inşa müsabiqəsi təşkil olunur

Bütün xəbərlər
Dünən, 09:45

Toz, çirk və mazut qoxusu – Sumqayıt avtobuslarından ŞİKAYƏT

Oxşar xəbərlər