Sumqayıtda fəaliyyət göstərən sərnişin avtobuslarından birində antisanitar vəziyyət narazılığa səbəb olub.
Sumqayit24.az-a bu barədə şəhər sakinləri məlumat veriblər.
Vətəndaşların sözlərinə görə, 9 nömrəli marşrut xəttində hərəkət edən bəzi avtobuslar natəmiz vəziyyətdədir. Bildirilib ki, avtobusların döşəməsi və pəncərələri toz içindədir.
"Sumqayıt şəhərində niyə nəqliyyatın təmizliyinə önəm verilmir? Köhnə qırmızı və göy rəngli 9 nömrəli avtobuslarda əl vurmağa yer yoxdur, çirk içindədir, nəqliyyat vasitəsindən mazut iyi gəlir. Belə avtobuslarda səfər etmək sərnişinlər üçün çox çətindir", - deyə sakinlər bildiriblər.
Vətəndaşlar aidiyyəti qurumlardan avtobusların mütəmadi olaraq təmizlənməsini və sanitar vəziyyətinə nəzarət edilməsini xahiş edirlər.