24 yaşlı Sumqayıt sakini Səbuhi Ağazadə Şəki-Qax avtomobil yolunda baş verən ağır qəzada həlak olub.
Məlumata görə, hadisə noyabrın 1-də gecə saat 03:00 radələrində Şəkinin İnçə kəndi ərazisində baş verib. "Lada Priora" markalı avtomobilin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində Səbuhi Ağazadə hadisə yerində həyatını itirib, avtomobildəki digər üç nəfər isə xəsarət alıb.
Qeyd edək ki, Səbuhi Ağazadə şair Əlibala Ağayevin oğludur. O, bir il əvvəl ailə qurub və bu yaxınlarda ilk övladı dünyaya gəlib.
Əslən Laçın rayonunun Güləbird kəndindən olan Ağazadələr ailəsi məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşıb.
Mərhum noyabrın 2-də Sumqayıt şəhərində torpağa tapşırılıb.
Mənbə: Ölkə.az