Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, Boks Federasiyasının prezidenti Sahil Babayev Sumqayıtda çalışan məşqçilərlə görüşüb. Sumqayıt24 bu barədə Abf.az-a istinadən xəbər verir.
Görüş zamanı sözügedən idman növünün hazırkı vəziyyəti haqqında danışılıb, inkişaf etdirilməsi yolları müzakirə edilib. Nazir bildirib ki, müxtəlif yaş qrupları üzrə milli komandalar məhz müəllim-məşqçilərinin əziyyətinin nəticəsində yetişən idmançılardan formalaşır.
İştirakçılar müxtəlif mövzularda fikir mübadiləsi aparıb. Sahil Babayev onlara uğurlarımızı artırmaq üçün göstəriş və tapşırıqlarını verib. Həmçinin İdarə heyətinə məşqçilər və boksçular üçün mükafatlandırma sisteminin yaradılması tapşırılıb.