Sumqayıtın 9-cu mikrorayonunda motosiklet sürücüsü qəzaya uğrayıb. Bu haqda 31 yanvar tarixində Sumqayıt24 Den.az-a istinadən məlumat verir.
Hadisə S.Bədərbəyli küçəsində baş verib. "Bolt" şirkətinə məxsus motosikletin sürücüsünü “Hyundai” markalı avtomobil vurulub. Sürücünün nəqliyyat vasitəsinin altında qaldığı iddia edilir.
Yaralı təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.