Sumqayıtda “Brendləşmə və biznesin inkişafında rolu” mövzusunda ödənişsiz təlim keçirilib. Sumqayıt24 bu haqda 30 iyun tarixində sosial şəbəkələrə istinadən xəbər verir.
Onlayn görüş KOB İnkişaf Mərkəzi tərəfindən təşkil olunub. Mərkəzin eksperti brendləşmənin müştərilərin istehlak davranışlarına və rəqabətli mühitdə biznesin inkişafına təsiri barədə iştirakçılara məlumat verib. Eyni zamanda biznes subyektləri üçün brendləşmənin üstünlükləri, bazar payı və satışın artırılmasında mühüm rolu ilə bağlı sahibkarlarla müzakirələr aparılıb. Sonda isə onların sualları cavablandırılıb.