Sumqayıt şəhəri, “Kimyaçılar” Mədəniyyət Sarayının ərazisində narkomanlar yığışır. Bu barədə Sumqayıt24-ə 27 avqust tarixində izləyicilərdən məlumat daxil olub.
Təqdim edilən materiallar sarayın arxa hissəsində, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin yaxınlığında çəkilib. Yerdə istifadə edilmiş şprisləri görmək mümkündür. Məlumata əsasən, əksər hallarda ərazidə 2-3 nəfər yığışaraq narkotik vasitələr qəbul edir.