Bu gün Vətən müharibəsinin 18 yaşlı şəhidi Kənan Allahverdiyevin mövlud günüdür. O, 10 fevral, 2002-ci ildə Sumqayıt şəhərində anadan olub.
Kənan 2020-ci ilin may ayında həqiqi hərbi xidmətə yola düşüb. O, snayperçi idi. Vətən müharibəsi zamanı, Kənan vacib yüksəkliklər, kəndlər, rayonlar uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına iştirak edib.
O, Oktyabrın 2-dən 3-nə keçən gecə, Suqovuşan uğrunda gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Kənan Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.