top
Bu gün Aprel döyüşləri zamanı şəhid olan igidlərimizin anım günüdür
02 aprel 2022, 00:18
- ↺ +

Bu gün Aprel döyüşləri zamanı şəhid olan igidlərimizin anım günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün aprel döyüşləri zamanı şəhid olan qəhramanlarımızın anım günüdür.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalmışdır. Dördgünlük müharibənin ordumuzun qələbəsi ilə bitməsindən 6 il ötür. Hərbçilərimiz 2 min hektardan artıq ərazini işğaldan azad ediblər.

Şəhidlərimizdən biri Raquf Orucov 12 iyul 1972-ci ildə anadan olub. Aprel döyüşləri polkovnik-leytenant Orucov üçün sonuncu döyüş oldu. O, 43 yaşında şəhidlik zirvəsinə ucalıb. Orucov Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunub.

Polkovnik-leytenant ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Rəşid Baxşəliyev 23 oktyabr 1996-cı ildə Sumqayıt şəhərində anadan olub. O, Tərtər və Füzuli - Cəbrayıl istiqamətlərində savaşıb. Baxşəliyev Talış zirvəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı (19 yaşında) şəhid olub. O, Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Baxşəliyev ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Şəhidimiz Seymur Baxışov 12 iyul 1987-ci ildə Sumqayıt şəhərində anadan olub. Kiçik gizir Baxışov 2016-cı ilin aprel ayında təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Baxışov Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Kiçik gizir ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Şəhidimiz Şulan Bayramov 28 iyul 1996-cı ildə Sumqayıt şəhərində anadan olub. Əsgər Bayramov Aprel döyüşləri zamanı 19 yaşında şəhid olub. O, Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salınıb.

Əsgər ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Murad Məmmədov 17 aprel 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. XTQ əsgəri Məmmədov qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb.

Məmmədov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Qəhramanımız Əbdülməcid Axundov 15 oktyabr 1993-cü il tarixində Sumqayıt şəhərində anadan olub. O, təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Sumqayıt şəhəri Şəhidlər Xiyabanında dəfn edilib.

Ölümündən sonra Axundov göstərdiyi qəhrəmanlığa görə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Döyüşlər zamanı Sumqayıt şəhərində yaşamış daha 3 igidimiz - Dilsuz Qarayev, kapitan Mühit Orucov və polkovnik Vüqar Yusifov qəhrəmancasına şəhid olublar.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:19

Sürücülərin nəzərinə - Novxanıda yol bağlanıb

Bütün xəbərlər
Dünən, 17:19

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:21

Sumqayıtda yaşayan tanınmış aktyor 70 yaşında vəfat edib

İdman
Dünən, 16:19

Sumqayıtlı gənc idmançılar CÜDONUN VƏTƏNİNDƏ

Bütün xəbərlər
Dünən, 15:19

Sumqayıta sabah da yağış yağacaq

Kriminal
Dünən, 14:19

Sumqayıtda gənc bıçaqlandı - 50 YAŞLI KİŞİ TUTULDU

Bütün xəbərlər
Dünən, 13:13

Diqqətli olun, ChatGPT sizdən xəbərsiz bu məlumatları toplayır

Bütün xəbərlər
Dünən, 12:13

Sumqayıtda maşın külə döndü - SÜRÜCÜ SON ANDA XİLAS OLDU

Bütün xəbərlər
Dünən, 12:09

Azərbaycanda məktəblilərin payız tətili başlayır

Bütün xəbərlər
Dünən, 11:09

Bu institut Saraya köçürülə bilər

Bütün xəbərlər
Dünən, 10:09

Sumqayıtda məktəbin yerinə bina tikiləcək?

İdman
Dünən, 09:09

"Sumqayıt"ın legionerləri milliyə çağırılıblar

Bütün xəbərlər
09 noyabr 2026, 18:40

Sumqayıt avtobusunda insident: 503 nömrəli marşrutda tüstülənmə - İDDİA

İdman
09 noyabr 2026, 18:15

"Sumqayıt"ın futbolçusu Azərbaycan millisinin heyətində

Bütün xəbərlər
09 noyabr 2026, 17:50

Sumqayıtda sakinlər qaz problemi ilə üz-üzə

Bütün xəbərlər
09 noyabr 2026, 17:12

Susuz qalan sumqayıtlılardan ŞİKAYƏT

Bütün xəbərlər
09 noyabr 2026, 16:36

Sumqayıtın iki idmançısı Avstriyadan qələbə ilə qayıdır

Bütün xəbərlər
09 noyabr 2026, 15:55

Sarayda sakinləri boğaza yığan problemlər...

İdman
09 noyabr 2026, 15:07

"Milli komandada oynamaq mənim üçün böyük şərəfdir" - "Sumqayıt"ın futbolçusu

Bütün xəbərlər
09 noyabr 2026, 14:00

Sumqayıta sabah gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
09 noyabr 2026, 13:20

Sumqayıtda gecə saatlarında əraziyə zibillər daşınır? - İDDİA

İdman
09 noyabr 2026, 12:45

Sumqayıtlı idmançıdan Zəfər Günü uğuru - qızıl medal qazandı

Bütün xəbərlər
09 noyabr 2026, 12:12

DYP sürücülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
09 noyabr 2026, 11:23

Sumqayıtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Oxşar xəbərlər