top
Bu gün Azərbaycan Kinosu Günüdür
02 avqust 2022, 01:20
- ↺ +

Bu gün Azərbaycan Kinosu Günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2 avqust 1898-ci ildə Bakı elmi-foto dərnəyinin katibi Aleksandr Mişonun lentə aldığı "Bibiheybətdə neft fontanı yanğını", "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi", "Qafqaz rəqsi" sənədli və "İlişdin" adlı bədii süjetlər nümayiş etdirildi və həmin gün Azərbaycan milli kinosunun əsası qoyuldu.

1915-ci ildə Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdır. Həmin il cəmiyyət İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmin çəkilişi Sankt-Peterburqdan dəvət olunmuş rejissor B.N. Svetlova həvalə edilmişdi.

1916-cı ildə Uzeyir Hacıbəylinin "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə, AXC-nin dövrundə "Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə" adlı film nümayiş etdirilmişdi.

1923-cü ildə, sovet hakimiyyəti dövründə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradıldı. Həmin il aprelin 28-də Azərbaycanda Birinci Dövlət Kinofabriki açıldı. Fabrikdə çəkilən ilk film isə ikiseriyalı "Qız qalası əfsanəsi" bədii filmi olub. Sonralar AFKİ: "Azdövlətkino" (1926-1930), "Azərkino" (1930-1933), "Azfilm" (1933), "Azdövlətsənayesi" (1934), "Azərfilm" (1935-1940), "Bakı kinostudiyası" (1941-1959) kimi adlandırılıb. 1960-cı (bəzi mənbələrdə 1961-ci il) ildən isə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası kimi tanınır.

Indiyədək "Azərbaycanfilm" tərəfindən 2000-dən çox film istehsal edilib. Onlardan "Ad günü", "Ögey ana", "Şərikli çörək", "Nəsimi", "Sevinc buxtası", "İstintaq", "Yaramaz" , "Uzaq sahillərdə", "Arşın mal alan", "Bizim Cəbiş müəllim", "Axırıncı aşırım", "Sarı gəlin", "Nabat", "Ovsunçu", "Buta", "Çölçü", "Axınla aşağı", "Dolu" və digərləri bir sıra dövlət və beynəlxalq mükafatlarına layiq görülüb.

Ulu öndər Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli, 588 nömrəli Sərəncamına əsasən, avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:19

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Bu gün, 16:21

Sumqayıtda yaşayan tanınmış aktyor 70 yaşında vəfat edib

İdman
Bu gün, 16:19

Sumqayıtlı gənc idmançılar CÜDONUN VƏTƏNİNDƏ

Bütün xəbərlər
Bu gün, 15:19

Sumqayıta sabah da yağış yağacaq

Kriminal
Bu gün, 14:19

Sumqayıtda gənc bıçaqlandı - 50 YAŞLI KİŞİ TUTULDU

Bütün xəbərlər
Bu gün, 13:13

Diqqətli olun, ChatGPT sizdən xəbərsiz bu məlumatları toplayır

Bütün xəbərlər
Bu gün, 12:13

Sumqayıtda maşın külə döndü - SÜRÜCÜ SON ANDA XİLAS OLDU

Bütün xəbərlər
Bu gün, 12:09

Azərbaycanda məktəblilərin payız tətili başlayır

Bütün xəbərlər
Bu gün, 11:09

Bu institut Saraya köçürülə bilər

Bütün xəbərlər
Bu gün, 10:09

Sumqayıtda məktəbin yerinə bina tikiləcək?

İdman
Bu gün, 09:09

"Sumqayıt"ın legionerləri milliyə çağırılıblar

Bütün xəbərlər
Dünən, 18:40

Sumqayıt avtobusunda insident: 503 nömrəli marşrutda tüstülənmə - İDDİA

İdman
Dünən, 18:15

"Sumqayıt"ın futbolçusu Azərbaycan millisinin heyətində

Bütün xəbərlər
Dünən, 17:50

Sumqayıtda sakinlər qaz problemi ilə üz-üzə

Bütün xəbərlər
Dünən, 17:12

Susuz qalan sumqayıtlılardan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:36

Sumqayıtın iki idmançısı Avstriyadan qələbə ilə qayıdır

Bütün xəbərlər
Dünən, 15:55

Sarayda sakinləri boğaza yığan problemlər...

İdman
Dünən, 15:07

"Milli komandada oynamaq mənim üçün böyük şərəfdir" - "Sumqayıt"ın futbolçusu

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıta sabah gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 13:20

Sumqayıtda gecə saatlarında əraziyə zibillər daşınır? - İDDİA

İdman
Dünən, 12:45

Sumqayıtlı idmançıdan Zəfər Günü uğuru - qızıl medal qazandı

Bütün xəbərlər
Dünən, 12:12

DYP sürücülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
Dünən, 11:23

Sumqayıtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Bütün xəbərlər
Dünən, 10:28

Sumqayıtda kişinin meyiti mənzilində tapıldı

Oxşar xəbərlər