5 oktyabr 1966-cı ildə UNESCO tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul olunub. 1994-cü ildə isə UNESCO tərəfindən 5 oktyabr tarixi Beynəlxalq Müəllimlər Günü kimi təsis edilib. Azərbaycanda isə bu bayram 1993-cü ildən qeyd olunmağa başlayıb.
“Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”, - deyən ümummilli lider Heydər Əliyev müəllimlərə hörmətlə yanaşıb və onların əməyini yüksək qiymətləndirib.
Bayramınız mübarək, əziz müəllimlər!