Sumqayıt və Novxanı çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, bu gün cənub-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu 26-27 dərəcə isti təşkil edəcək.