Bu gün Vətən müharibəsi şəhidi Abdullah Əhmədovun doğum günüdür. Onun 20 yaşı tamam olacaqdı.
Abdullah Əhmədov 2002-ci il martın 12-də Sumqayıt şəhərində anadan olub. O, ailənin tək övladı idi.
Qəhrəman şəhidimiz 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Talışın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vətən Müharibəsinin ilk günlərindən döyüşə qatılan Abdullah Əhmədov Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmən mərmisinə tuş gələrək oktyabrın 2-də şəhidlik zirvəsinə ucalıb. Abdullah Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.