top
Bu gün dörd Vətən müharibəsi şəhidinin anım günüdür
25 oktyabr 2022, 07:00
- ↺ +

Bu gün dörd Vətən müharibəsi şəhidinin anım günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əslən Qubadlıdan olan İlkin Camal oğlu İsgəndərov 1999-cu il martın 18-də Sumqayıt şəhərində anadan olub. 2005-2016-cı illərdə Qubadlı rayon Kavdadiq kənd tam orta məktəbində təhsil alıb. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlərdə fəal iştirakına görə ona “çavuş” rütbəsi verilib. İlkin oktyabrın 25-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Qəhramanımız Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.

Ölümündən sonra İlkin "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

***


Murad Yusif oğlu Məmmədov 7 dekabr 1995-ci ildə Sumqayıt şəhərində anadan olub. İbtidai təhsilini 23 nömrəli orta məktəbdə alan Murad daha sonra Təbiət Elmləri Təmayüllü Gimnaziyaya qəbul olub və burada 10-cu sinfə qədər təhsil alıb. Orta təhsilini 22 nömrəli orta məktəbdə başa vuran Məmmədov bu müddət ərzində cüdo idman növü ilə ciddi məşğul olub. 2013-2018-ci illər ərzində Azərbaycan Texniki Universitetinin Elektroenergetika mühəndisliyi fakültəsində təhsil alıb.

Könüllü olaraq Vətən müharibəsinə qatılan Murad torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən bir çox döyüşlərdə savaşıb. Murad oktyabrın 25-i Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Elə həmin gün Qubadlı şəhəri düşmən işğalından azad olunub.

Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Vətən müharibəsi iştirakçısı" və "Qubadlının azad olunmasına" görə medalları ilə təltif olunub.

***


Novruz İnqilab oğlu Məmmədov martın 3-ü 1991-ci ildə Sumqayıt şəhərində anadan olub. H.Z. Tağıyev qəsəbəsində yerləşən 6 saylı məktəbdə təhsil alıb. Hərbi xidmətdə olarkən kəşfiyyatçı, snayper olub. Vətən müharibəsində Füzuli rayonunun azad olunması uğurunda gedən döyüşlərdə həlak olub.

O, ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

***


Tərlan Amanşah oğlu Fətullayev 1989-cu il mayın 15-də Sumqayıt şəhərində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Tərlan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Fətullayev oktyabrın 25-də Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. O, Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.

Fətullayev ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:40

Sumqayıt avtobusunda insident: 503 nömrəli marşrutda tüstülənmə - İDDİA

İdman
Dünən, 18:15

"Sumqayıt"ın futbolçusu Azərbaycan millisinin heyətində

Bütün xəbərlər
Dünən, 17:50

Sumqayıtda sakinlər qaz problemi ilə üz-üzə

Bütün xəbərlər
Dünən, 17:12

Susuz qalan sumqayıtlılardan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 16:36

Sumqayıtın iki idmançısı Avstriyadan qələbə ilə qayıdır

Bütün xəbərlər
Dünən, 15:55

Sarayda sakinləri boğaza yığan problemlər...

İdman
Dünən, 15:07

"Milli komandada oynamaq mənim üçün böyük şərəfdir" - "Sumqayıt"ın futbolçusu

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıta sabah gecə və səhər yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 13:20

Sumqayıtda gecə saatlarında əraziyə zibillər daşınır? - İDDİA

İdman
Dünən, 12:45

Sumqayıtlı idmançıdan Zəfər Günü uğuru - qızıl medal qazandı

Bütün xəbərlər
Dünən, 12:12

DYP sürücülərə xəbərdarlıq etdi

Bütün xəbərlər
Dünən, 11:23

Sumqayıtda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Bütün xəbərlər
Dünən, 10:28

Sumqayıtda kişinin meyiti mənzilində tapıldı

Bütün xəbərlər
Dünən, 09:32

Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 09:10

Bakı-Sumqayıt yolunda ağır qəza - piyada ÖLDÜ

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin son günü - Ermənistan kapitulyasiya aktı imzaladı

Bütün xəbərlər
08 noyabr 2026, 12:33

Prezident İlham Əliyev Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
08 noyabr 2026, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

Bütün xəbərlər
07 noyabr 2026, 18:00

Sumqayıtda küləyin sürəti saniyədə 28 metrə çatacaq

Bütün xəbərlər
07 noyabr 2026, 17:18

Sumqayıtda sürücülər yolu zəbt edir, digərləri çətinlik çəkir

Bütün xəbərlər
07 noyabr 2026, 16:18

Sumqayıtda ev alan şəhid ailələri nə qədər qənaət edəcəklər?

Bütün xəbərlər
07 noyabr 2026, 15:18

Sumqayıtlılar səhəri "qazovka" ilə açdı…

Oxşar xəbərlər