Sumqayıt Dövlət Universitetinin dosenti 60 illik yubileyini qeyd edir. Sumqayıt24 bu haqda 10 may tarixində təhsil müəssisəsinin saytına istinadən xəbər verir.
Söhbət Kimya və biologiya fakültəsinin “Kimya və onun tədrisi metodikası” kafedrasının müdiri Musa Mustafayevdən gedir. Bu münasibətlə rektor Elxan Hüseynov ona Fəxri fərman və pul mükafatı təqdim edib.
Çıxış edənlər Mustafayevin kimya sahəsinə verdiyi töhfələrdən danışıblar.