Bu gün ölkədə 2024-2025-ci tədris ilinin ilk dərs günüdür.
Cari ildə Bilik Günü həftənin bazar gününə təsadüf etdiyinə görə, dərslər sentyabrın 16-da başlanır. Təhsil müəssisələrində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq.
Bu il ümumtəhsil məktəblərinin I sinfində 132 min 261 şagird təhsil alacaq.
Yeni dərs ilində Şuşa, Xankəndi və Xocalıda tədrisin bərpası planlaşdırılır.
«Sumqayıt24» komandası olaraq bütün məktəblilərə bol-bol uğurlar və yüksək nailiyyətlər arzulayırıq!