Bu gün şəhid-gizir Qəzənfər Mütəllimovun doğum günüdür. O, 27 yanvar 1992-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib.
Qəhrəman şəhidimiz Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə cəsarətlə vuruşub və 5 oktyabr 2020-ci il tarixində oradaca şəhidlik zirvəsinə ucalıb.
O, ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.